İstanbulda törədilən terror aktı nəticəsində yaralanan 201 şəxs evə buraxılıb

İstanbulun Atatürk Hava Limanında iyunun 28-də törədilən terror aktı nəticəsində yaralanan 201 şəxs evə buraxılıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.

Hazırda xəstəxanalarda 22-si ağır vəziyyətdə olan 35 xəstənin müalicəsi davam edir. Onlardan 13 nəfəri reanimasiyadadır.