NATO: Terror bütün bəşəriyyət üçün təhlükədir

Terror bütün bəşəriyyət üçün təhlükədir. Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu NATO baş katibinin ictimai diplomatiya məsələləri üzrə köməkçisi Tacan İldem deyib.

Onun sözlərinə görə, terrorla mübarizə bütün ölkələrin prioritet məsələlərindəndir.

T.İldem qeyd edib ki, NATO ölkələri terrorla qarşılıqlı məlumat verməklə mübarizə aparmalıdırlar.