XİN: Elmar Məmmədyarov Polşada səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan nümayəndə heyətinin tərkibində 8-9 iyul tarixlərində Varşavada keçirilən NATO-nun zirvə toplantısında iştirak etmək üçün xarici işlər naziri Elmar Məmmədyarov Polşada səfərdədir.

Bunu Trend-in sorğusunu cavablandıran XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.