Türkiyədə 6 yüksək rütbəli hərbçi həbs olundu

Türkiyə xüsusi xidmət orqanı Milli İstihbarat Təşkilatı (MİT) Fətullah Gülən qruplaşmasına (FETÖ/PDY) qarşı növbəti əməliyyat keçirib.

Modern.az-ın xəbərinə görə, bu barədə məlumatı Türkiyə KİV-i yayıb.

Məlumata görə, bu sabah Türkiyənin 10 rayonunda əməliyyat keçirilib.

İzmir Baş Prokurorluğunun “İzmirdə hərbi casusluq” işi ilə bağlı saxta dəlillər hazırlanması ilə bağlı Gülən qruplaşması hesab olunan FETÖ/PDY-yə qarşı əməliyyat axtarış tədbirləri baş tutub.

Xüsusi əməliyyat zamanı sıralarında admirallarında olduğu istefada olan 6 yüksək rütbəli hərbçi həbs olunub.

Əməliyyat axtarış və istintaq tədbirləri hələ də davam etdiyinə görə həbs olunan yüksək rütbəli hərbiçi və admiralların şəxsiyyəti açıqlanmır.