Dünyanın 5 ən qeyri-adi evi

İnsanlar kreativ ideyalar, maraqlı fikirlər sayəsində bir çox işlər görürlər.

AzEuroNews boredpanda-ya istinadən kreativ ideyalarla tikilmiş qeyri- adi evlərin şəkillərini təqdim edir:

1.Şəffaf ev. Yaponiya

Əgər siz fikirləşirsinizsə sizin gizlədiləsi heç nəyiniz yoxdur, siz rahatlıqla Yaponiyanın Tokio şəhərində yerləşən bu şəffaf evdə yaşaya bilərsiniz. 914 kvadrat-metr sahəsi olan bu qeyri-adi evin hər bir tərəfi şüşədəndi. Evin arxitektoru isə Sou Fujimotodu.

Yaponiya-azeuro-1

2.Skeytbord ev. ABŞ

Bu evin quruluşu elədir ki, hər bir hissəsində skeytbord sürmək mümkündür. Bu proektin müştərisi keçmiş dünya çempionu Piyer Andredi. Onuda qeyd edək ki, evin prototipi yaxınlarda Parisdə “La Gaite Lyrique” muzeyində təqdim edildi.

ABS_skeytboard-azeuro-1

3. Dik Klarkın evi. ABŞ

Televiziya ulduzu Dik Klark özünə məxsus olan, Malibudakı möhtəşəm evini 3.5 milyon ABŞ dollarına satışa çıxarıb. Bu füsünkar ev 60-cı illərdə televiziya ekranlarına çıxan “Fred və Vilma” adlı cizgi filmindəki evin bir variantıdır. Bir yataq, iki hamam otağı olan bu evin kamini və böyük pəncərələri var.

ABS-dark-klark-azeuro-1

4.Nəhəng balıqqulağı evi. Meksika

Əgər sizə hələ də maraqlıdırsa balıqqulağının içində necə yaşamaq olar,siz Meksikada yerləşən bu qeyri-adi Nautilus adlı  evə mütlək getməlisiniz. Nəhəng balıqqulağı formasında olan bu rengarəng evin arxitektoru Xavyer Senosyandı.Bu ev iki uşağı olan cavan bir ailə üçün hazırlanıb. Ailənin dediyinə görə,onlar adi evdə yaşamaqdan sıxılıblar və qeyri-adilik üçün belə bir evi üstün tutublar.

meksika-baliqqulagi-azeuro-1

5.Vaxtı ilə su anbarı indi isə yaşayış yeri olan ev. Belçika

Bu kreativ ev 100 il əvvəl müharibə zamanı insanların sığınacaq kimi istifadə edilib.Sonralar isə su anbarı kimi istifadə edilib. İndi isə bura bir ailəyə məxsus  5 mərtəbəli evdi. İnanılmaz panaraması olan bu evin 5-ci mərtəbəsində terrasası və açıq havada duşu vardı.

Belcika-azeuro-1