Gürcüstan Ermənistana qaz verilişini dayandırdı

10 iyul-10 avqust tarixlərində Gürcüstandan Ermənistana qaz tədarükü müvəqqəti dayandırılıb.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən Gürcüstanın qaznəqliyyatı şirkəti bu ölkə ərazisində yerləşən “Kazax – Saqumaro” magistral xətində aparılan təmir işləri ilə əlaqədar “Qazprom Ermənistan” şirkətinə qaz verilişinin bir ay müddətinə dayandırılacağına dair rəsmi məlumat göndərib.

Ermənistan rəhbərliyi ölkə istehlakçıları üçün qaz verilişində heç bir məhdudiyyətin olmayacağını bildirib.