İranla Ermənistan arasında viza rejiminin ləğvinə dair razılaşma qüvvəyə minib

İranla Ermənistan arasında viza rejiminin ləğvi rəsmiləşib.

APA-nın “Mehr” agentliyinə istinadən verdiyi məlumata görə, ötən gün Tehranda Nazirlər Kabinetinin iclasında Ermənistanla İran arasında viza rejiminin ləğvi ilə bağlı razılaşma təsdiqlənib.

İclasa İran prezidenti Həsən Ruhani sədrlik edib.

Qeyd edək ki, iyunun 16-da İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Ermənistan xarici işlər naziri Edvard Nalbandyan iki ölkə arasında viza rejiminin ləğvi barədə razılaşma imzalayıb. Sənəd Ermənistan parlamenti tərəfindən təsdiq olunub.

Sənədə əsasən, İran və Ermənistan vətəndaşları viza olmadan 180 gün ərzində 90 gün digər ölkənin ərazisində qala bilərlər.