Lavrovun Bakı səfəri başlayır

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Bakıya gəlib.

AzVision.az xəbər verir ki, səfər iki gün davam edəcək.

“Bakıda ikitərəfli görüşlər zamanı aktual məsələlərin müzakirəsi, Vyana və Sankt-Peterburq sammitlərində Dağlıq Qarabağ probleminin nizamlanması üzrə əldə olunan razılaşmaya dair fikir mübadiləsinin aparılması nəzərdə tutulur”, – deyə Rusiya XİN-in yaydığı bəyanatda bildirilir.

Bəyanatda, həmçinin Azərbaycanın Rusiyanın Cənubi Qafqaz və Xəzər dənizi regionunda bizim vacib strateji tərəfdaşı olduğu vurğulanır.