Parisdə iğtişaşlar: 40 nəfər saxlanıldı

“Avro-2016”nın final oyunundan sonra baş verən iğtişaşlar nəticəsində polis tərəfindən 40-dan çox azarkeş saxlanılıb.

AzEuroNews Fransa mətbuatına istinadən xəbər verir ki, Eyfel qülləsi yaxınlığında 90 mindən çox azarkeşin toplaşdığı ərazidə iğtişaşlar matça qədər başlayıb.

Polisin yaydığı məlumata əsasən, azarkeşlər bir neçə maşını yandırıblar. Hüquq-mühafizə orqanı əməkdaşları suatanlardan və gözyaşardıcı qaz tətbiq etməyə məcbur qalıblar.

Parisin mərkəzində qarşıdurmalar final matçı zamanı da davam edib.

Portuqaliya və Fransa arasında “Avro-2016” çempionatının final matçı portuqaliyalıların qələbəsi (1:0) ilə başa çatıb. Portuqaliya yığması futbol üzrə Avropa çempionatı tarixində ilk dəfə çempion olub.

france-azeuro-1 fransa-azeuro-1

Riot police officers take position during scuffles on the Champs Elysees avenue after the Euro 2016 final soccer match between Portugal and France, early Monday, July 11, 2016 in Paris.  (AP Photo/Laurent Cipriani)

French CRS riot police charge during clashes near the Paris fan zone during the Portugal v France EURO 2016 final soccer match in Paris, France, July 10, 2016. French police fired tear gas to disperse dozens of people trying to enter the "fan zone" at the foot of the Eiffel Tower to watch the final of the Euro 2016 soccer tournament on Sunday evening, to prevent overcrowding.      REUTERS/Stephane Mahe