Şimali Koreya ABŞ-la rabitə əlaqəsini kəsdi

Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ-la mövcud olan yeganə rabitə əlaqəsini kəsib.

Trend Koreya Mərkəzi Xəbər Agentliyinə (KMXA) istinadən xəbər verir ki, buna səbəb Vaşinqton təəfindən ölkə lideri Kim Çen Ina və bəzi hökümət nümayəndələrinə qarşı yeni sanksiyaların tətbiqi olub.

Daha əvvəl KXDR Xarici İşlər Nazirliyi yeni sanksiyaların tətbiqini ölkə tərəfindən müharibə elanı kimi qəbul olunacağını bəyan edərək, bu qərarın ləğvini tələb etmişdi.

Rəsmi Vaşinqton isə öz fikrini dəyişməyəcəyini bildirib.

Yeni sanksiyalara əsasən, “qara siyahı”ya daxil edilən hökumət nümayəndələrinin ABŞ-da aşkar edilmiş maliyyə aktivləri dondurulacaq.