Türkiyədə polislərə hücum: 3 ölü, 3 yaralı

Türkiyənin Şanlıurfa şəhərində avtomobil dayanacağına edilən hücum nəticəsində üç polis əməkdaşı öldürülüb, daha üç nəfər isə yaralanıb.

Bu barədə AzVision.az `Anadolu` agentliyinə istinadən xəbər verir.

Şanlıurfa vilayət rəhbəri hadisə terror aktı adlandırıb.

Məlumata qeyd olunur ki, polislərə hücum edən şəxsin psixoloji problemləri olub. O, ailəsi ilə birgə səyahət edib və müəyyən bir vaxtda atasının tapançasını götürüb.

Xəbərdə bildirilir ki, polislər həmin şəxsdən sənəd tələb etdikdən sonra o, hüquq mühafizə orqanları əməkdaşlarına atəş açıb. Atışma nəticəsində hücum edən şəxs öldürülüb.