UEFA AVRO-2016-nın rəmzi komandasını açıqlayıb

UEFA Fransada dünən başa çatmış Avropa Çempionatı – 2016-nın rəmzi komandasını açıqlayıb.

“Report” xəbər verir ki, rəmzi komandaya çempion Portuqaliya millisindən dörd futbolçu daxil edilib.

Rəmzi komandanın tam tərkibi belədir:

qapıçı – Ruy Patrisiu (Portuqaliya);

müdafiəçilər – Coşua Kimmix, Jerom Boatenq (hər ikisi Almaniya), Pepe, Rafael Gerreyro (hər ikisi Portuqaliya);

yarımmüdafiəçilər – Toni Kroos (Almaniya), Co Allen, Aaron Remsi (hər ikisi Uels), Dmitri Payet (Fransa);

hücumçular – Antuan Qrizmann (Fransa), Kriştianu Ronaldu (Portuqaliya).

Xatırladaq ki, AVRO-2016-nın final matçında Portuqaliya əlavə vaxtda vurduğu qolla Fransanı 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Avropa çempionu adına sahib çıxıb.