Ukraynada Leninin minlərlə heykəli yıxılıb

2013-cü ilin dekabr ayından Ukraynada proletariatın dahi rəhbəri adlandırılan Vladimir İliç Leninin 1018 abidəsi sökülüb. Modern.az Ukrayna mediasına istinadən bildirir ki, bu haqda baş nazirin müavini Vyaçeslav Kirilenko məlumat verib.

“2013-cü il dekabrın 8-də Leninin Kiyevdəki heykəli yıxılandan bəri bütün ölkə ərazisində onun 1018 abidəsi sökülüb. Bundan əlavə Ukraynada 148 digər sovet-partiya xadiminin də heykəlləri sökülüb”, – o, deyib.

Onun sözlərinə görə, Ukraynada hələ Leninin mindən çox abidə və heykəli var.