Yeni Suriya hökuməti and içib

İyulun əvvəllərində formalaşmış yeni Suriya hökuməti ölkə Prezidenti Bəşər Əsəd qarşısında and içib.

Bu barədə Trend Suriyanın “SANA” agentliyinə istinadən xəbər verir.

İmad Həmis tərəfindən başçılıq edilən hökumət iyulun 3-ü formalaşdırılıb. Yeni hökumətdə əsas nazirlər öz yerlərində dəyişməz olaraq qalıblar. 26 nazir vəzifəsindən ancaq 14-ü yenilənib.

Müxalifət blokunu hökümətdə xalq barışdırma naziri vəzifəsində yenə Əli Haydar təmsil edir. Ondan başqa hökümətdə müxalif siyasətçi yoxdur.