ATƏT-in Minsk qrupunun həmsədrləri yenidən Qarabağa yollanacaqlar

ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupunun həmsədrləri yenidən münaqişə zonasına yollanmaq niyyətindədirlər. Virtualaz.org «RİA Novosti»yə intinadən bildirir ki, qrupun rusiyalı həmsədri İqor Popoviun sözlərinə görə, hələlik səfərin dəqiq tarixi müəyyənləşdirilməyib.

AzEuroNews virtualaz.org-a istinadən xəbər verir ki, Bakı, Yerevan və Xankəndinə ötən səfər aprelin 5-də — dörd günlük müharibədən dərhal sonra başlamışdı. «Təbii ki, biz gedəcəyik, lakin hələlik tarix məlum deyil — tərəflərlə danışıqlar gedir. Onlara rahat olan vaxtda, qrafiklərinə uyğun baş tutacaq», – Popov deyib.

Onun sözlərinə görə, bazar ertəsi günü Vyanada rusiyalı, fransız və amerikalı həmsədrlərin iştirakı ilə ATƏT-in Minsk Qrupunun bütün üzvlərinin plana uyğun toplantısı keçirilib. Görüşdə ATƏT sədrinin ş.əxsi nümayəndəsi Ancey Kasprşik də iştirak edib.