Avropalılar qaçqınların yaradacağı problemlərdən qorxurlar

Pew Research Centerin keçirdiyi sorğu nəticəsində məlum olub ki, Avropalılar miqrantların varlığından heçdə razı deyillər. İnsanlar onlara aid olan iş və sosial  faydaların qaçqınlar tərəfindən ələ keçirilməsınə görə narahatdırlar. Onuda bildiriblər ki, qaçqın axını terror hücumları təhlükəsini artırır.

AzEuroNews dw.com-a istinadən xəbər verir ki, sorğuya əsasən buna ən çox narahat olan Polşa və Venqriyanın vətəndaşlarıdır. Orada yaşayanların 76%-i bu sözlərlə razıdır. Tədqiqatçıların dediklərinə görə, 2015–ci ildə bu ölkələr bir çox qaçqın qəbul etmişdi.

2016-cı ilin aprel-may aylarında sosioloqlar bir neçə ölkədə miqrantlarla bağlı 11494 insanı sorğuya çəkmişdi.

(Fransa, İtaliya, Almaniya, Böyük Britaniya,Yunanıstan, Niderland, Polşa, İsveçrə, İspaniya və Venqriya).

Bu sorğular nəticəsində məlum oldu ki, avropalıların Avropa Birliyinə olan güvəni getdikcə azalır.