Bağdadda partlayış baş verib, 9 nəfər ölüb

İraqın paytaxtı Bağdadda güclü partlayış baş verib.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 9 nəfər ölüb, 32 nəfər yaralanıb. Bomba yerləşdirilmiş avtomobil Ər Rəşidiyyə rayonunda baqqal dükanının yanında partladılıb. Partlayışa görə kimin məsuliyyət daşıdığı hələlik məlum deyil.

Qeyd edək ki, ölkənin qərb və şimal hissələrində İŞİD qruplaşması ilə mübarizədə əldə edilən uğurlara baxmayaraq, İraq təhlükəsizlik qüvvələri hələ də terrorçuların paytaxta girişinin qarşısını ala bilmir.