Cənubi İtaliyada qəza

İtaliyanın Cənubunda, zeytun meşəsində iki sərnişin qatarının toqquşması nəticəsində onlarla adam həlak olub. Hal-hazırda qəza ərazisinə yanğın söndürənlər gəlib, xilas  etmə işləri davam edir.

AzEuroNews reuters.com-a istinadən xəbər verir ki, Polislərin dediyinə görə qəza Korato və Andria şəhərləri arasında baş verib.

Havadan çəkilmiş fotoşəkillər sayəsində qatarların əzilmiş və dağılmış hallarını  görmək mümkündür.