“Game of Thrones”un yeni mövsümünə qədər izləyə biləcəyiniz filmlər

“Game of Thrones”un  6-cı mövsümünün başlaması üçün 10 aya yaxın gözləməliyik. Bu zamanı daha mənalı keçirmək istəyirsinizsə, bu siyahı tam sizlikdir.

AzEuroNews onedio.com-a istinadən sizə izləyə biləcəyiniz 10 filmin adını təqdim edir:

  1. Suits
    Filmin baş qəhrəmanları Mike və Harveydir. Harvey şirkətin, hətta Nyu Yorkun ən yaxşı vəkilidir. Mike isə universitet oxumamış amma iti zəkası ilə önə çıxan, oxuduqlarını unutmayan biridir. Bir gün Mike Harveyin işlədiyi şirkətə müraciət edir. Harvey əvvəlcə universitet oxumamış birini şirkətə götürmək istəmir. Lakin uzun sürən görüşlərdən sonra Harvey yorulur və Mike işə götürülür. Ümumilikdə filmdə  Mike və Harveyin yaşadıqları gülməli və çəkici bir dillə izah edilir. Xüsusilə cinayət filmlərini sevənlər Suits-i izləyə bilərlər.Filmin 6-cı hissəsi İyul ayında başlayacaq.suits-azeuro-1
  2. Mr.Robot    

Mr.Robot,  səhərlər təhlükəsizlik mühəndisi olaraq çalışarkən,gecələr qanunsuz xakerliklə məşğul olan Elliot adlı antisosial gənc proqramçını mərkəzinə qoyur. Bir gün, gizli bir xaker qrupu tərəfindən çox millətli şirkəti çökdürmək təklifi alarkən yol ayırıcında qalır. Çünki bu adamın Elliotu bu qədər çox istəməsinin səbəblərindən biri işlədiyi şirkətdə tutduğu mövqedir.

Filmin 2-ci hissəsi İyul ayında başlayacaq.

mr.robot-azeuro-1

3. Narcos

Narcos, dünyanın ən böyük narkotik qaçaqmalçısı olaraq xatırlanan Pablo Escobarın bu mövqeyə gələnə qədər yaşadıqları və onu həbsə göndərmək istəyən DEA agenti Steve Murphy ilə ortağı Javier Penanın yaşadıqlarını izah edir.

Filmin 2-ci hissəsi Sentyabr ayında başlayacaq.

Narkos-azeuro-1

4. The Blacklist

Raymond “Red” Reddington FBİ-nin ən çox axtarılan günahkarlarından biridir, həm də hökumət agentidir.Reddington bir gün soyuqqanlı və səbəbsiz olaraq, FBİ qərargahına təslim olur.Sonra FBİ-yə bütün günahkarların adı olan qara siyahını verəcəyini və onların həbs edilməsinə kömək etməyi təklif edir.Bu FBİ-nin rədd edə bilməyəcəyi bir təklifdir.Tək şərti isə sadəcə FBİ agenti Elizabeth Keen ilə danışmaqdır.

Filmin 4-cü hissəsi Sentyabr ayında başlayacaq.

balcklist-azeuro-1

5. Shameless

Saxtakarlıq , alkoqol … BAFTA mükafatı alan ingilis filminin Amerika versiyasında Emmy mükafatı alan aktyor William H.Macy ve Emmy Rossum baş qəhrəmanlardır. ABŞ-da yayınlandığı kanalda son 7 ilin ən yüksək reytinqini qazanan film haqqında indidən danışılır.

Filmin 7-ci hissəsi Oktyabr ayında başlayacaq.

shameless-azeuro-1

6. The Flash

Keçmişində böyük bir faciə yaşamış Barry Allen Central City polis mərkəzində günahkarların arxalarında buraxdıqları izləri toplaya bilən elm adamıdır. S.T.A.R laboratoriyalarının sürətləndiricisi, səhv nəticəsində partlamaya səbəb olur. Bu partlamadan sonra hava durumu dəyişir və Barry Alleni şimşək vurur. Bundan sonra onun bədənində hüceyrələrin yenilənməsi sürətlənir. Sınmış qolu 3saat içində düzəlir. Ürəyi o qədər sürətli döyünür ki, cihazlar belə ölçə bilmir. O saatda 720 km sürətlə qaçır. Barry bu gücünü insanlara kömək üçün istifadə edir.

Filmin 3-cü hissəsi Oktyabr ayında başlayacaq.

Flash-azeuro-1

7. Arrow

Milyarder və yaraşıqlı Oliver Queen, atası Robert Queen ilə dəniz səyahətində olarkən, baş verən qəza nəticəsində bataraq Lian Yu adasına gedib çıxır. 5 il boyunca o adada sağ qalmaq üçün mübarizə aparan Oliver, Starling şəhərinə qayıdarkən artıq tam başqa bir adam olur.

Filmin 5-ci hissəsi Oktyabr ayında başlayacaq.

arrow-azeuro-1

8. The Strain

The Strain vampir filmi kimi tanınır. Ancaq baxdığımız vampir filmlərindən fərqlidir. Hekayə Berlindən Amerikaya enməyə hazırlanan təyyarənin eniş vaxtı qəzaya uğraması və 210 sərnişindən sadəcə dördünün sağ qalması ilə başlayır. Daha sonra Dr.Ephraim Goodweather və qrupuna bu təyyarədən yayılan virusu araşdırma tapşırığı verilir. Qrupun və həkimin başına gələnlər isə filmin mövzusudur.

Filmin 3-cü hissəsi Avqust ayında başlayacaq.

stain-azeuro-1

9. Orange is the New Black

Piper Chapman, gözəl bir həyata, qədəmlərini atmağa çalışdığı bir işə və gözəl nişanlıya sahibdir.Həyatında hər şey yolunda gedərkən, gənc olarkən işlədiyi bir cinayətə görə 15 ay həbsdə qalmalı olur və həbsxanaya düşür. Piperə Nyu Yorkda yaşadığı rahat həyatdan ayrılmaq və heç vərdiş etmədiyi bir mühitə ayaq uydurmağı çətin gəlir.Hər bölümdə başqa bir qadının həbsxana həyatında daha yaxından baxmaq şansımız olur.

“Orange Is The New Black: My Year In a Womens Prison”  adlı romanın televiziya versiyasıdır.

Filmin 4-cü hissəsi İyun ayında yayımlandı.

Orange-azeuro-1

10. Blindspot

Arrow və The Flash filmlərinin yaradıcısı Greg Berlantinin layihəsi olan Blindspot, Jane Doe adlı qadının yaddaşını itirmiş və bütün bədəni döymələrlə bürünmüş halda Times meydanında tapılmasıyla başlayır. Jane Doeyə qol-qanad gələn FBİ agenti Kurt Weller və qrupu qadının bədənindəki döymələrin bir cinayətin ipucu olduğunun fərqinə varır.

blindspott-azeuro1-