Gürcüstanda baş verən zəlzələ Azərbaycanda 3 baldan çox hiss olunub

Azərbaycan-Gürcüstan sərhədində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a verilən xəbərə görə, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 14:03-də Qazaxdan 94 km şimal-qərbdə Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ Azərbaycanın yaxın yaşayış məntəqələrində – Qazax, Tovuz, Ağstafa, Şəmkir rayonlarında, Gəncə şəhərində 3 baldan çox hiss olunub.

Yeraltı təkanların maqnitudası 5.2, dərinliyi 13 km olub.