“Kurtlar Vadisi”nin yeni kanalı məlum oldu

Uzun illərdin davam edən “Kurtlar Vadisi” serialının yayımlanacağı yeni kanal bəlli olub.

AzEuroNews Türkiyə KİV-ə istinadən xəbər verir ki, bir müddət öncə “Kanal D” yeni sezondan etibarən serialın onlarda yayımlanmayacağını bəyan edib. Məlumata görə, artıq serialın hansı kanalda efirə gedəcəyi bəlli olub. İddialara əsasən, “Kurtlar Vadisi” yeni mövsümdə yenidən “Show TV” ekranlarında nümayiş ediləcək.