Şəhərin mərkəzində deputatı güllələdilər

Ukraynada Odessa vilayəti Çernomorsk Şəhər Şurasının deputatı Vasiliy Baqayçuk güllələnib.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Odessa şəhərində baş verib.

Belə ki, iki naməlum şəxs şəhərin mərkəzində deputata tapancadan bir neçə dəfə atəş açıb. Deputat hər iki baldırından yaralanıb. Atəş açanlar isə hadisə yerindən qaçmağa nail olublar. Hadisə yerindən 9 mm-lik tapancanın güllərini götürüblər.

V. Baqayçuk xəstəxanaya yerləşdirilib. Vəziyyəti stabildir. Faktla bağlı cinayət işi açılıb, araşdrıma aparılır.