Ukrayna “Şərq Tərəfdaşlığı” ölkələri ilə vahid iqtisadi məkan yaradılmasını təklif edir

Ukrayna “Şərq Tərəfdaşlığı” ölkələri ilə vahid iqtisadi məkan yaradılması məsələsi üzrə müzakirələrə başlamaq təşəbbüsünü göstərir.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Pavel Klimkin bildirib.

“Bu gün vahid iqtisadi məkan yaradılmasının mümkünlüyü haqqında müzakirələr aparmaqla bağlı məsələ qaldırdım”, – deyə Ukrayna XİN başçısı rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, proqram ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələr aparmağı və payızda gələcək müzakirələr üçün görüşməyi planlaşdırır.

Xatırladaq ki, Aİ-nin 6 şərq qonşusu – Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına istiqamətlənmiş “Şərq Tərəfdaşlığı” proqramı 2009-cu ildə başlayıb. Bu təşəbbüs Polşa və İsveç tərəfindən irəli sürülüb.