ABŞ Holokost muzeyi qonaqları Pokemon Go oynamamağa çağırıb

ABŞ-ın Holokost Memorial Muzeyi qonaqları telefonlarında Pokemon Go oynamamağa çağırıb.

AzEuroNews bbc.com-a istinadən xəbər verir ki, Washington-da yerləşən muzeyin sözçüsü bildirib ki, nasizm qurbanlarının memorialı daxilində oyun oynamaq “son dərəcə yersizdir”.

Muzeyin yaxınlığında yerləşən Arlington Milli Məzarlığı da Pokemon oynayanlara xəbərdarlıq edib.

Yeni smartfon oyunu mədəni və biznes fenomeninə çevrilməkdədir.

O, ABŞ, Avstraliya və Yeni Zelandiyada iPhone App Store və Google Play-də ən çox endirilən proqrama çevrilib.

Yeni Pokemon oyununun yaradıcıları Holokost Muzeyində oyunun dayandırılmasının mümkünlüyü barədə hələ şərh verməyiblər.