Amnistiya Misiri müxalifət üzvlərininin kütləvi işgəncəsində ittiham edir

Misir hakimiyyəti ölkədə nizam yaratmağa çalışır ,lakin insanlara qarşı etdikləri zorakılıqlar buna imkan vermir. Son xəbərlərə əsasən, burada itkin düşmüş gənclərin sayı çoxalıb.

AzEuroNews dw.com-a istinadən xəbər verir ki, Beynəlxalq Amnistiyanın hüquq müdafiə təşkilatı Misirin təhlükəsizlik qüvvələrini yüzlərlə insanın oğurluğu və işgəncəsində  ittiham edib.

2014-ci ildə Misirin islamçı prezidenti Məhəmməd Mursinin devrilməsindən sonra Misir hakimiyyəti ədalətsiz məhkəmə nəticəsində 34 min insanı həbs edərək ,yüzlərlə insana ölüm cəzası vermişdi.

Beləliklə Misir təhlükəsizlik qüvvələri hər gün 3-4 adam oğurlayaraq bir neçə gün hətta aylarla mühakimə olmadan qanunsuz  həbsdə saxlayırlar.

İnsan Haqqları Təşkilatı vurğulayır ki, burada terrorizimə qarşı mübarizə adı ilə tələbələri, siyasi fəalları və nümayişçiləri qorxutmaq üçün hər yola əl atırlar. Hətta 14 yaşlı uşaqları belə həbsə atırlar.

Beynəlxalq Amnistiya hesabatında bildirilir ki, Misir təhlükəsizlik qüvvələri məhbusların  ifadə vermələri üçün elektrik cərəyanı, dayaq və təcavüzə əl atırdılar.