Azərbaycan millisi Avropa çempionatında yarımfinala yüksəlib

18 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının C divizionunda qrup mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi 3-cü turda Monako ilə qarşılaşıb.

İlk turda Andorraya uduzub (59:69), ardınca Cəbəllütariqi məğlub edən (89:54) komandamız ardıcıl 2-ci qələbəsini qazanıb – 79:61 (20:13, 18:16, 27:15, 14:17). Millimizin heyətində ən məhsuldar oyunçu olan Eldar Poladxanlı 24 xal toplayıb.

Bu qələbə sayəsində yığmamız yarımfinala yüksəlib. Tahir Baxşıyevin yetirmələri finala vəsiqə uğrunda Kosovo ilə mübarizə aparacaq.

İyulun 14-də keçiriləcək matç saat 21:00-da başlayacaq. Digər yarımfinalda meydan sahibi San-Marino ilə son çempion Andorra üz-üzə gələcək.