“Barselona” klubu PSJ-nin müdafiəçisini transfer edib

İspaniyanın “Barselona” klubu Fransa PSJ-sinin futbolçusu Lük Dini transfer edib. “Report”un Kataloniya təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 22 yaşlı müdafiəçi ilə 5 illik anlaşma əldə olunub.

Bu keçiddən ötrü Paris klubuna 60 milyon avro, oyunçunun özünə 16,5 milyon avro ödənilib. Yeni transfer iyulun 14-də Barselonada olacaq. O, tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə bağlanılacaq.

Qeyd edək ki, Lük Din peşəkar futbolçu karyerasına 2011-ci ildə “Lill”də başlayıb. İki il sonra o, PSJ-yə keçib. Din ötən mövsümü icarə əsasında İtaliya “Roma”sında keçirib.  Gənc müdafiəçi 2014-cü ildən Fransa millisində çıxış edir.