Bolqarıstana getmək istəyənlərə şad xəbər

US Visa

Məlum olduğu kimi, iyul ayının 1-dən etibarən Bakı-İstanbul-Sofiya, Bakı-İstanbul-Varna, Bakı-İstanbul-Burqas istiqamətində reyslər həyata keçirilir.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən AzVision.az-a verilən xəbərə görə, Bakı Beynəlxalq Avtovağzalı ilə Bolqarıstan səfirliyi arasında aparılan danışıqlara əsasən, vətəndaş aldığı gediş biletini səfirliyə təqdim etməklə, 3 gün ərzində Bolqarıstan vizası ala biləcəkdir.

Qeyd edək ki, reyslər həftənin 2-4-6-cı günləri həyata keçirilir. Biletin qiyməti 130 AZN təşkil edir.