Böyük Britaniya kraliçası Kemeronun istefasını qəbul edib

Böyük Britaniya kraliçası II Yelizaveta Devid Kemeronun istefasını qəbul edib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, artıq sabiq baş nazir Bukinqem sarayını tərk edib.

Yaxın dəqiqələrdə saraya Mühafizəkarlar Partiyasının yeni lideri Tereza Mey gələcək. II Yelizaveta ona rəsmi olaraq yeni hökuməti formalaşdırmağı tapşıracaq.