Britaniyada bu gün hökumət başçısı dəyişəcək

İyulun 13-də Britaniyada hökumət başçısı dəyişəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, son 6 ildə hökumətə başçılıq edən Devid Kemeron istefaya gedəcək, onu Mühafizəkarlar Partiyasının yeni lideri Tereza Mey əvəzləyəcək.

İnformasiyaya görə, 59 yaşlı siyasətçi 2010-cu ildən Britaniyanın daxili işlər naziri olub. “Dəmir ledi” Marqarit Teteçer hakimiyyətdən gedəndən 26 il (1979-1990) sonra krallıqda hökumətə yenidən qadın başçılıq edəcək.

http://tr.euronews.com/2016/07/12/yeni-demir-leydi-theresa-may-kimdir/