Corc Buş Dallasda həlak olan polislər üçün təşkil edilmiş yas mərasimində rəqs edib

ABŞ-ın keçmiş prezidenti kiçik Corc Buş Dallasda həlak olan polislər üçün təşkil edilmiş yas mərasimində özünü qəribə aparıb.

“Report” xəbər verir ki, kiçik Buş “Respublikanın hərbi himni” ifa olunan zaman rəqs etməyə başlayıb.

Özündə bu kadrları əks etdirən video artıq “YouTube” portalında yayılıb.

Videoda keçmiş dövlət başçısının gülümsədiyi və musiqinin tempinə uyğun oynadığı açıq-aydın görünür. C.Buşun bu addımı onun yanında dayanan ABŞ prezidenti Barak Obama və xanımı Mişeli, eləcə də Buşun öz həyat yoldaşını təəccübləndirib.

Xatırladaq ki, iyulun 7-dən 8-nə keçən gecə Dallasda snayperin açdığı atəşlər nəticəsində beş polis həlak olub, 7 polis əməkdaşı və 2 mülki şəxs yaralanıb.