Dərbənddə polisə atəş açdılar

Dərbənddə avtomobildən açılan atəş nəticsində iki polis yaralanıb.

“Report” xəbər verir ki, bu haqda Dağıstan Respubilkası Daxili İşlər Nazrilyinin mətbuat xidməti məlumat yayıb.

İnformasiyay əsasən, hadisə polislər cinayətkarı təqib edərkən baş verib.

“İlkin məlumata görə, Dərbənddə polislər avtomobildən onlara atəş açan cinayətkarı tutmaq üçün təqib edirmiş. Açılan atəş nəticəsində iki polis əməkdaşı yaralanıb”,- deyə xəbərdə vurğulanıb.

Məlumatda bildirilib ki, hadisənin başvermə səbəbi araşdırılır.