İkibaşlı ilan

Bu nadir ilanların bir neçə aydan çox yaşamadığı bildirilir.

Obyektivinə qeyri-adi fotoları əks etdirməyi sevən Jason Talbott ABŞ-ın Kansas əyalətində kolluq sahələrdən birində iki başı olan ilana rast gəlib.

AzEuroNews xarici KİV-ə istinadən xəbər verir ki, bu nadir ilanların çoxunun yalnız bir neçə aylıq ömrü olur.

“Belə tükürpərdici sürünənləri, ilanları sevmirəm. Onların yüzlərlə fotoşəklini çəkmişəm və bu müddətdə bir neçə dəfə ilan məni sancıb. Amma şansım gətirib, həmin ilanlar zəhərli olmayıb”, – deyə Talbott bildirib.

O, ilanın iki başından birinin digərinə nisbətən daha təcavüzkar olduğunu və hər iki başın koordinasiyalı hərəkət etmədiyi müddətdə hər hansı canlını sanca bilmədiyini söyləyib.

“Bu cür ilanların 10 mində bir olduğu təxmin edilir, lakin ümumiyyətlə, vəhşi təbiətdə olduqları və onları tutmaq çətin olduğu üçün sayları dəqiq bilinmir. Həyatda qalmaq nisbətləri isə çox aşağdır”, – deyə Tablott sözlərinə əlavə edib.