NASA axır ki, Yupiterin şəkillərini çəkməyi bacardı

NASA axır ki, Yupiterin şəkillərini çəkməyi bacardı. Yuno adlı kosmik gəminin 5 illik səyahəti nəticəsində, iyul ayının 10-da Yupiterin orbitinə xüsusi fotokamera buraxılaraq, planetin fotoşəkillərini çəkmək mümkün olub.

AzEuroNews euronews.com-a istinadən xəbər verir ki, əldə edilən rəngli fotoşəkildə biz Yupiteri və onun üç ən böyük sputnikini də qörə bilərik – İo, Avropa və Qanimed.

Tədqiqatçıların verdiyi məlumata görə, Yupiterin güclü radioaktiv şualanması kameraya zərər vurmayıb. Cihaz 5 min kilometr məsafədə planetin ətrafında 37 dəfə dairə vurmalıdır.

Məqsəd isə planetin strukturu haqqında məlumatın toplanılmasıdır.Alimlər fərziyəyə əsasən Yupiterin nüvəsinin möhkəmliyini test etmək istəyirlər.