Putin, Olland və Merkel müzakirələr aparıblar

Rusiya, Fransa və Almaniya prezidentləri bu gün telefon danışıqları aparıblar.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildiriblər.

Vladimir Putin, Fransua Olland və Angela Merkel danışıq zamanı Ukrayna üzrə müzakirələrin “Normand dördlüyü” və “Kontakt qrupu” çərçivələrində aktivləşdirilməsinə dair əzmkarlıqlarını bir daha təsdiqləyiblər.