“Qarabağ” işin öhdəsindən gəldi

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” ilk oyununu keçirib.

Trend-in məlumatına görə, Bakıda Lüksemburqun “Düdelanj” klubunu qəbul edən Ağdam təmsilçisi matça fəal başlayıb.

Riçard Almeyda əvvəlcə 10-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib, 18 dəqiqə sonra dubla imza atıb.

Lüksemburq təmsilçisinin isə gücü yalnız bu hesabı qorumağa çatıb – 2:0.

Qeyd edək ki, cavab görüşü iyulun 20-da keçiriləcək.