Türkiyə və Rusiya iqtisadiyyat nazirləri Moskvada görüşəcəklər

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev və Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi iyulun 27-də Moskvada görüşəcəklər.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın İqtisadi İnkişaf Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd ediblər ki, görüşlə bağlı hər hansı ətraflı məlumata malik deyillər.

Xatırladaq ki, daha əvvəl Türkiyənin iqtisadiyyat naziri Rusiya tərəfinə görüşü Kazanda keçirməyə təklif edib.