Yaponiya imperatoru taxtdan uzaqlaşmaq niyyətindədir

Yaponiya imperatoru Akihito taxtdan uzaqlaşmaq və onu 56 yaşlı vəliəhd Naruhitoya vermək niyyətindədir.

“Report” NHK-ya istinadən xəbər verir ki, imperator bu qərarı ilə bağlı ən yaxın köməkçilərinə və imperator ailəsinin üzvlərinə məlumat verib.

Telekanalın mənbəsinin verdiyi informasiyaya görə, imperator səhhəti ilə əlaqədar vəzifələrini tam yerinə yetirə bilməyəcəyini əsas gətirərək işlərdən uzaqlaşmaq istəyir.

Qeyd edək ki, imperator Akihitonun 82 yaşı var. O, taxta 1989-cu ildə çıxıb.