Yeni Zelandiyada vergidən yayınanlar üçün qanun

Çərşənbə günü Yeni Zelandiyada vergi və hüquq-muhafizə orqanları çirkli pulların yuyulması və vergidən yayınmağın qarşısını almaq üçün xarici kredit reyestrini təqdim edəcək.

AzEuroNews reuters.com-a istinadən xəbər verir ki, reyestr ötən ay mühasib Con Şevanın araşdırmasından sonra tövsiyə olunub. Araşdırma nəticəsində qanunsuz yolla vəsait və verginin gizlədilməsi ortaya çıxmışdı.

Maliyyə naziri Bill English-in sözlərinə görə “Bizim xarici inam qaydaları möhkəmlənir və Yeni Zelandiyanın reputasiyası qorunur”

Hökumət bu yeni qanun layihəsini parlamentə avqustda təqdim edəcək.