Velosiped sevən 10 ölkə

Velosiped sağlamlıq baxımından çox rahat və faydalı nəqliyyatdır. Bu bir çox ölkələrdə başa düşülüb artıq : Danimarka, Yaponiya, ABŞ və digər ölkələrdə  velosiped “azad nəfəs alır” və yolda hörmətlə qarşılanır. Düşünürəm ki, bu gün verəcəyim məlumat sizi xeyli təəcübləndirəcək…Günümüzdə bütün dünayada velosipedlərin sayı avtomobillərin sayından iki qat çoxdur. Bizə elə gəlir ki, bizim vərdiş etdiyimiz avtomobillərdən daha çoxdur, lakin  statistika bunun əksini göstərir, hər il təxminən 50 milyon avtomobil istehsal olunur  və velosipedlərin sayı bundan iki dəfə çoxdur.

AzEuroNews ex3m.com.ua-a istinadən xəbər verir ki, bu unikal nəqliyyat vasitəsi ixtira edilən gündən,bu günə kimi çox uzun yol keçib və onu sadəcə nəqliyyat kimi deyil, həm də idmanla məşğul olmaq üçün, sirkdə, müalicəvi məqsədlərdə, istirahət, səyahətlər üçün, bəzən sadəcə əyləncə üçün istifadə etməyə başladılar. Hansı ölkədə iki-təkərli nəqliyyat vasitələrinin ən çox azarkeşləri yaşayır?

10-cu yer – Çin

Cin-10-azeuro-1

Bu ölkədə velosiped əsasən işə getmək üçün istifadə olunur, ümumilikdə velosiped istifadə edən əhalinin sayı 37.2% təşkil edir. Onların yarıdan çoxu əhalinin ən sıx məskunlaşdığı Çin şəhəri Şanxaydadır.

9-cu yer – Belçika

Belcika-9-azeuro-1

Yerli əhali üçün velosiped idmanı milli idman növü sayılır, həvəskarlar hər gün təxminən bir kilometr gedirlər. Bundan əlavə, Belçikalılar gündəlik səfərlər zamanı velosiped hərəkəti qaydalarına çox ciddi riayət edirlər, xüsusi jilet və dəbilqə olmadan sükan arxasına heç vaxt oturmazlar. Belçikada, velosiped sürücülərinin faiz nisbəti 48%–dir.

8 -ci yer – İsveçrə

Isvecre-8-azeuro-1

İşə gedib gəlməkdən əlavə, bu ölkədə velosiped ilə təşkil olunan turistik səfərlər inkişaf etmişdir, axı gözəl mənzərələr və saf təbiət ekoloji cəhətdən ən çox bu təmiz nəqliyyat növü  ilə uzlaşır. İsveçrədə velosiped sürücülərinin faizi 48,8% təşkil edir.

7-ci yer – Yaponiya

Yaponiya-7-azeuro-1

Yaponiyada, bir çox insan tıxaclardan və dolu ictimai nəqliyyatdan xilas olmaq üçün “polad atlardan”  istifadə edir. Velosiped istifadə edərək, onlar sadəcə vaxtlarına qənaət etmir, həm də öz sağlamlığını möhkəmləndirirlər. Burada velosipedçilərin sayı 56,9%.

6-cı yer – Finlandiya

Finlandiya-6-azeuro-1

Bu ölkədə yaşından və mövqeyindən asılı olmayaraq, əhalinin yarıdan çoxu velosiped sürür. Baxmayaraq ki, velosiped mövsümü havanın isinməsi ilə birliktə son baharda başlayır, bəzi insanlar, hətta qışda, velosipeddən istifadə edirlər. Finlandiyada velosiped sürücülərinin sayı 60,4% təşkil edir.

5-ci yer – Norveç

Norvec-5-azeuro-1

Velosiped yalnız işə getmək və ya idmanla məşğul olmaq üçün deyil, həm də balıq ovuna getmək üçün çox istifadə olunur(bu şimal ölkəsində balıq tutmaq populyardır).Rəqəm olduqca yüksək olsa da Finlandiyada velosipeddən istifadə edənlərin faiz nisbəti Norveçdən biraz daha az- 60,7%-dir.

4-cü yer – İsveç

Isvec-azeuro-4

Bu ölkədə iki təkərli nəqliyyat vasitələri demək olar ki, hər bir ailə üçün mühüm atributdur. Bəzi ailələr hətta sahibinin yaşından asılı olaraq, bir neçə müxtəlif velosipedləri var. Bu ölkədə müxtəlif idman növləri ilə məşğul olmağı sevirlər, əsasən qaçış  və əlbəttə ki, velosport. Velosipedçilərin sayı  – 63,7%-dir.

 3-cü yer – Almaniya

Almaniyada,  “dəmir at” olmadan böyüyən bir uşaq tapmaq çox çətindir. Velosport burada ənənə hesab olunur, hətta mədəniyyətin bir hissəsidir. Almanlarda isə 75,8% təşkil edir.

Almaniya-3-azeuro-1

2-ci yer – Danimarka

Danimarkanın paytaxtı Kopenhagendə avtomobillər üçün orta sürət saatda 27 km, velosiped  üçün isə saatda 16 km-dir. Velosport ekoloji cəhətdən təmiz və sağlam olmaqla yanaşı, həm də səyahət üçün daha sürətli nəqliyyat vasitəsi hesab olunur. Bir danimarkalının gündə keçdiyi orta məsafə 1,6 kilometrə bərabərdir. Velosiped istifadəçilərinin sayı – 80,1%-dir.

Danimarka-2-azeuro-1

1-ci yer – Hollandiya

Hollandiya əsil velosiped sürücülərinin ölkəsidir. Bu ölkədə bir insanın “polad dostu” ilə gün ərzində  qət etdiyi məsafə  orta hesabla 2,5 kilometr təşkil edir. Yerli əhali velosipedlərinə  il ərzində  bir milyard avroya yaxın pul  xərcləyirlər. Amsterdam ekolojı cəhətdən  dünyanın ən təmiz paytaxtlarından biri hesab olunur ,burada 400 kilometrdən artıq velosiped cığırları təchiz edilib.Bu fərqli ölkədə,velosiped zolaqlarından istifadə edən insanların sayı heyrətləndirir – 99,1%.

Hollandiya-1-azeuro-1

Təəccüblüdür ki, texnologiyaların sürətlə inkişaf  etdiyi və sürətli tərəqqinin müşaidə olunduğu bu dövrdə velosiped, daha çox sayda pərəstişkar qazanır.