ABŞ-da 2 nəfər güllələndi, polis yaralandı

ABŞ-ın Sent-Lüis şəhərində açılmış atəş nəticəsində iki nəfər həlak olub, aralarında polisin də olduğu iki nəfər isə yaralanıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, şübhəli şəxs kişi və qadını güllələyib, yaralanan bir kişi isə xəstəxanaya çatdırılıb.

Cinayətkar saxlanılıb. Hadisəninn mübaahisə nəticəsində baş verdiyi ehtimal olunur.