Çinli xaker ABŞ-ın hərbi məlumatını oğurlayıb

Çinli iş adamının ABŞ-ın hərbi məlumatını oğurladığı aşkar olunaraq ,4 il həbs cəzasına məhkum edilib.

AzEuroNews bbc.com-a istinadən xəbər verir ki, Su Bin adlı bu şəxs 2008-2014-ci illər ərzində ABŞ-ın müdafiə şirkətlərindən məlumat oğurlamaq üçün Çin hərbi xakerləri ilə əməkdaşlıq etmişdi.

O, 2014-ci ildə Kanadada həbs olunub və ABŞ ekstradisiya edilib. Həbs cəzası ilə birlikdə 10,000 ABŞ dollarında cərimə ödəyib.

Çin hökuməti  isə bu işə aidiyyatının olmadığını bildirir.

Prokuror köməkçisi Con Karlinin sözlərinə görə, Su Bin Çin hərbi xakerlərinin köməyi ilə qanunsuz yolla ABŞ-a aid  qabaqcıl hərbi təyyarələrin konstruksiyasını oğurlamışdı.

Su Binin isə dediklərinə əsasən o, şəxsi maliyyə mənfəəti üçün xakerlərə bu işdə kömək etmişdi.Hətta oğurlanan materialları çin dilinə tərcümə etmişdi.