İstanbulda əlavə təhlükəsizlik tədbirləri

İstanbulda insanların kütləvi nəqliyyat mərkəzləri və önəmli hissələrdə təhlükəsizlik tədbirləri artırıldı. Kazlıçeşmə Marmaray Durağındakı əlavə tədbirlər də diqqət çəkdi.

AzEuroNews milliyet.com.tr-ya istinadən xəbər verir ki, kassaların arxa  hissəsində gözləyən polis qrupları buraya gələnlərin üzərində yoxlama aparır. Təhlükəsizlik tədbirlərinə qatılan polislərin bəzilərinin avtomatik silah daşıdığı görünür.Onuda qeyd edək ki, Sirkəci tramvay stansiyasında tapılan sahibsiz bir bağlama səbəbi ilə stansiya və ətrafında tədbir görüldü.

Digər tərəfdən İstanbulun ən önəmli turistik bölgəsi Sultanəhməd ətrafında sıx təhlükəsizlik tədbirlərinin alındığı göründü.