“Kəpəz” “Admira”ya ilk oyunda uduzdu

Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli turnirində təmsil edən “Kəpəz” də növbəti matçına çıxıb.

AzEuroNews futbolinfo-ya istinadən xəbər verir ki, Şahin Diniyevin çalışdırdığı komandamız Avstriya “Admira”sı ilə qarşılaşıb. Təmsilçimiz bu rəqibinə qarşı ilk oyunu səfərdə keçirib.

İlk mərhələdə Moldova “Daçiya”sını mübarizədən kənarlaşdıran (evdə 0:0, səfərdə 1:0) Gəncə təmsilçisi üçüncü tura vəsiqə qazanmaq üçün səfərdən mütləq sərfəli nəticə ilə qayıtmalıydı. Lakin təəssüf ki, gəncəlilər səfər oyununda minimal hesablı məğlubiyyətlə üzləşiblər. Bu üzdən də “Kəpəz” növbəti mərhələyə vəsiqə qazanmaq üçün bir həftə sonra Bakıda keçiriləcək cavab oyununda mütləq iki top fərqi ilə qalib gəlməlidir.

Avropa Liqası İkinci təsnifat mərhələsi, ilk oyun 14 iyul

“Admira” – “Kəpəz” – 1:0 (1:0) Qol: D.Starkl, 41 (1:0). Sarı vərəqə: T.Ebner, 43. D.Starkl, 69. Baş hakim: Pavle Radovanoviç (Çernoqoriya) Sankt-Pölten. “NV Arena”.

“Admira”: 28. Yorq Zibenhandl, 2. Fabio Ştrauss, 4. Ştefan Tsvirşits, 5. Tomas Ebner (k), 6. Markus Lakner, 7. Maksimilian Saks (93. Srdan Spiridonoviç, 58), 8. Kristof Knasmyullner, 17. Dominik Starkl (14. Kristof Monşayn, 75), 20. Markus Paviç, 21. Markus Vostri, 27. Eldis Bayrami. Ehtiyat oyunçular: 29. Manuel Kuttin, 9. Toni Vastiç, 10. Daniel Tot, 25. Patrik Vesselı, 55. İlter Ayyıldız. Baş məşqçi: Oliver Lederer.

“Kəpəz”: 88. Tadas Simaitis, 5. Kərim Diniyev, 7. Vüqar Bəybalayev (19. Orxan Əliyev, 73), 10. Dario Federiko, 13. Şəhriyar Rəhimov, 17. Nicat Qurbanov (6. Ceyhun Cavadov, 73), 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 36. Renan Alveş, 77. Serjinyo (9. Tural Qürbətov, 88), 90. Julian Ebah. Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 15. Azad Kərimov, 21. Novruz Məmmədov, 23. Tural Nərimanov. Baş məşqçi: Şahin Diniyev.