“Neftçi” Bakıda qolsuz qaldı

Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Trend-in məlumatına görə, ilk mərhələdə Maltanın “Baltsan” klubunu mübarizədən kənarlaşdıran “Neftçi” Bakıda Makedoniyanın “Şkendiya” komandasını qəbul edib.

Təmsilçimizin çoxsaylı hücumlarına baxmayaraq, ilk hissədə hesab açılmayıb.

İkinci hissədə də qapılar toxunulmaz qalıb – 0:0.

Cavab görüşü iyulun 21-də keçiriləcək.