“Neftçi”, “Qəbələ” və “Kəpəz”in növbəti sınağı

Bu gün təmsilçilərimiz ilk oyununu keçirəcək.

Trend-in məlumatına görə, UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində mübarizə aparan klublarımız bu gün ilk oyununu keçirəcək:

“Neftçi” – “Şkendiya” (Makedoniya)
“Bakcell Arena”. Saat 20:00
Baş hakim: Sergey Tsinkeviç
Baş hakimin köməkçiləri: Yevgeni Romanov, Vitali Malyutin
Dördüncü hakim: Viktor Şimusk
(Hakimlər briqadası Belarusdandır)
UEFA nümayəndəsi: Dmitri Bokeriya (Gürcüstan)
Hakim-inspektor: Oğuz Sarvan (Türkiyə)

“Admira” (Avstriya) – “Kəpəz”
St Polten. NV Arena. Saat 21.00
Baş hakim: Pavle Radovanoviç
Baş hakimin köməkçiləri: Dimitrije Mrgudoviç , Aleksandar Djikanoviç
Dördüncü hakim: Miloş Savoviç
(Hakimlər briqadası Monteneqrodandır)
UEFA nümayəndəsi: Alvaro Albino (Portuqaliya)
Hakim-inspektor: Neale Barry (İngiltərə)

MTK (Macarıstan) – “Qəbələ”
Qyor. Qyirmoti stadionu. Saat. 22.30
Baş hakim: Bojan Pandziç
Baş hakimin köməkçiləri: Stefan Hallberq, Maqnus Sjöblom
Dördüncü hakim: Mohammed Al-Hakim
(Hakimlər briqadası İsveçdəndir)
UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina)
Hakim-inspektor: İqor Pristovnik (Xorvatiya)