Prezident: “SOCAR Ukraynaya 200 mln. dollardan artıq sərmayə yatırıb”

“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ukraynaya 200 mln. dollardan artıq sərmayə yatırıb”.

“Report” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda rəsmi səfərdə olan Ukrayna Prezidenti Pyotr Poroşenko ilə keçirilən birgə mətbuat konfransında bildirib.

Azərbaycan Prezidenti qeyd edib ki, Azərbaycanın SOCAR şirkəti Ukrayna bazarında fəal işləyir, ölkə ərazisində 60-dan artıq yanacaqdoldurma stansiyası açıb.