Qartal oğlanı göyə qaldıraraq aparmağa cəhd edib

Avstraliyanın mərkəzindəki Milli Parkda nəhəng qartal vəhşi quşlar şousunu izləyən oğlanı göyə qaldıraraq aparmağa cəhd edib.

AzEuroNews bbc.com.a- istinadən xəbər verir k, quşun oğlana hücumu ətrafdakıları təəccübləndirib.

İyulun 6-da baş verən hadisənin şahidlərindən biri deyir ki, oğlanın başına qonub caynaqlarını keçirməyə çalışan quş onu sanki “bir heyvan kimi” götürüb uçmaq istəyirdi. Hücuma parkın işçiləri son qoyub.

Christine O’Connell-in sözlərinə görə, 15 metr aralıqda olan qartal birbaşa oğlanın üzərinə uçub.

Canını quş caynaqlarından qurtaran oğlanın 6-8 yaşlarında olduğu deyilir.

Hücumdan sonra onun üzündə kəsik qalıb. Park işçiləri hadisənin araşdırıldığını bildirirlər.