Rusiyada ticarət mərkəzi dağılıb

Rusiyanın Kemerovo şəhərindəki “Slavyanskiy” ticarət mərkəzinin uçulması nəticəsində 7 nəfər xəsarət alıb. Bu barədə Trend TASS-a istinadən xəbər verir.

İstintaq idarəsi binanın uçulması ilə bağlı cinayət işi açıb (“Tikinti və digər işlər zamanı təhlükəsizlik qaydalarının pozulması”).

1985-ci ildə inşa edilmiş iki mərtəbəli binada hadisə zamanı 20 insan olub. Konstruksiyaların dağılması mərkəzin 300 kv.m ərazisində baş verib.

Fəlakətin nəticələrini aradan qaldırmaq üçün hadisə yerinə 250 insan və 150 ədəd texnika cəlb edilib.