Soyuducusunu daim dolu tutan adam

Böyüdüyümüzü başa düşəndə, həyatımızı istiqamətləndirən hər şeyin uşaqlıqda yaşadıqlarımız olduğunu anlayırıq. Bu yazı da böyüyənlərdən birinin hekayəsidir …

“Mən heç bir şey etmək istəmirəm. Hər şey olmaq istəyirəm! “

                                                                            Oscar Fingal O’Flahertie Wills Wilde

AzEuroNews hayatimfutbol.com- a istinadən xəbər verir ki, İsveçin Malmö şəhərində yerləşən Rosengard bölgəsi. Çoxmillətli quruluşu, soyuq və boz havasının xaricində İsveçin ən təhlükəli yeri olaraq bilinir. Dəstələrin bol olduğu, cinayətin yayıldığı məhəllələri ilə məşhurdur. Amma təxminən 10 ildir ki, Rosengard deyiləndə ağla bütün bunlardan başqa bir ad daha gəlir : Zlatan İbrahimoviç.

İbrahimoviçi bir çox insan kibirli, özünü bəyənmiş, eqolu hətta davakar, problemli kimi sifətlərlə təsvir edə bilər. Özlərinə görə haqlı səbəbləridə ola bilər. Zlatanın həyat hekayəsinə baxdığımızda isə,qarşımıza bir çox yetişkin insanın çiyinlərinə götürə bilməyəcəyi problemlərlə uşaq yaşda üzləşmiş və bunlara qarşı özündə reflekslər inkişaf etdirmiş biri çıxır. Səhvlər edir; etdiyi səhvləri qəbul edir. Amma problem; səhv etməkdən qurtula bilmir.Bəs  hər şey necə başladı? Rosengarda doğru gedək …

futbolcu-azeuro-1Oğru və kobud biri

Bosniyadakı müharibədən qaçan Şefik İbrahimoviç, İsveçə yerləşir. Serblər, Bosniyalı müsəlman Şefikin nəyi var nəyi yoxsa yox etmişdir. O isə çarəni ana vətənini tərk etməkdə tapmışdı. Çünki həyatda qalmasının tək yolu bu idi. Ancaq yaşadıqlarını həyatı boyunca unutmamışdır. İsveçə gəldiyi zaman artıq heç bir şeyi olmayan bir adam və eyni zamanda içki düşkünü idi. Şefik bu zaman özü kimi köçkün olan Xorvat əsilli Jurka Greviçle tanış olmuşdur. Jurkanın da ondan fərqi yoxdur. İki yoxsul, bir-birlərinə aşiq olaraq ‘heç olmasa könüllərimizi zənginləşdirək’ deyərək ailə qururlar. Elə Zlatan bu yuvanın bir məhsuludur. 2001-ci ildə Ajaxa transfer olana qədər Rosengarda atası ilə birlikdə bina evində yaşayırdı. Amma zamanının çoxunu anasına ayırırdı. Anası və atası ayrı yaşayırdı. İkisi ilə də arası yaxşı idi, ancaq ana-ata şəfqəti içində böyüməmişdi. Evdə, “Zlatan tapşırıqlarına kömək istəyirsən?” ya da “Zlatan günün necə keçdi?” Kimi suallar eşitmədim” deyirdi. Böyüyəndə başa düşürdü, uşaq ikən ondan nələrin məhrum edildiyini. Əslində dərdi tapşırıqlarına kömək edilməsi və  ya gününün necə keçdiyini soruşulması deyildi. Çünki elə olsaydı məktəbdə çıxardığı davaları ya da gün içində etdiyi oğurluqları ailəsinə izah etməsi çətin olardı. Orta mətəbdəki müdirəsi,  “33 ildi bu məktəbdə çalışıram və Zlatan gördüyüm ən qayda tanımazlar siyahısında ilk 5-ə girər. Məktəbin 1 nömrəli problem uşağı idi. Əsil bir baş bəlası uşaq necə olur desəniz,onu nümunə göstərmək olardı “deyirdi. Zlatan da buna qatılır: “Köbud biri idim. Mental problemlərim vardı. Çətin zamanlar keçirdim.”

Yaşadığı bölgənin geri qalmışlığı, məhəllədəki davalar, döyüşlər, yoxsulluq Zlatanın uşaqlığında şəxsiyyətini təyin edən faktorlar olurdu. Burada, orta məktəb çağına qədər ‘yaxalı köynək’ geyinmiş insan görməyən birisindən bəhs edirik. Bəlkə də 6 yaşında atasının tanıştırdığı top olmasaydı həbsxanada olacaqdı. Çünki dediyimiz kimi, ailəsinə izah etməkdə çətinlik çəkəbiləcəyi kriminal işlərə də qarışmışdı. Ən böyük zövqlərindən biri velosiped oğurlamaq idi. Malmoda oynadığı zaman  idmanlara oğurladığı velosipedlər ilə gedirdi. Qarnını doyurmaq üçün də eyni çarəyə  müraciət edirdi: “Bir şeyə ehtiyac olduğu zaman onsuz mağazaya gedər və oğurluq edərdim. Buna görə velosipedlə yaxşı əlaqəm var idi. Bir dəfə bir poçtalyonun velosipedini oğurladım.Çox gözəl velosiped idi.”

O soyuducu həmişə dolu olacaq.

Oğurçu Zlatan evdə isə ailəsinə bağlı ancaq məsafəli bir əlaqədə idi. Atası ona futbol barəsində çox dəstək verirdi. Atası içki  barəsində hər nə qədər problemlər yaşamış və Zlatanı bir çox şeydən məhrum buraxmış olsa da, ona əsla kin ya da nifrət bəsləmirdi. “Bir dəfə uşaq ikən bir az pul yığmıştı. Bu pulla mənə IKEA’dan yataq aldı. Amma daşıma üçün ödəyəcək pulu qalmamışdı. Birlikdə getdik və evə qədər biz daşıdıq. O zaman bu mənim üçün fantastik bir şey idi. Bir dəfə də komanda ilə  düşərgəyə  getmeyim üçün mənə bütün pulunu verdi. Evin kirayəsini ödəyə bilmədi amma məni o düşərgəyə göndərdi ”

Zlatanın ən böyük dərdi isə boş soyuducu idi. Uşaqlığında nə zaman soyuducunu açsa boş görməsi,onun üçün sanki həyatda  pul qazanmasının nə üçün lazım olduğunu göstərən bir səbəb idi. Bəlkə də hələ 18 yaşında başlayan kariyerası boyunca yalnız soyuducunu doldurmaq üçün çalışmışdı: “Evdəki tək prinsipim budur. Yoldaşıma yalnız bunu etməsini xahiş edirəm; ‘Soyuducunu daima dolu tut’ Dünyadakı hər insan soyuducunu açanda istədiyi hər nə isə onu tapa bilmelidir. Çünki soyuducunu açanda boş görməyiniz, çox çətin bir şeydir. Aclıq dünyadakı ən pis vəziyyətdir”

‘Zlatan, nə etdin sən?’

Aclıqla sınanan bir uşaqlıq, küçələrdə davalar və günahlarla dolu keçən bir gənclik. Zlatanın öyrənməyə, məktəbə, ətrafını tanımağa ayıracaq vaxtı yox idi. Bir an əvvəl pul qazanmalı, həyat standartlarıını yuxarı çekməliydi. 1999-cu ildə hələ 18 yaşında Malmö A Komandasının formasını  kürəyinə keçirirdi. Sadəcə 2 il kifayət etdi. Hər kəs Zlatanın necə bir futbolçu olduğunu anladı.

2001-ci ildə isə Ajaxın təklifinə hə deyirdi. Rosengardın oğru gənci 8 milyon avro bonservis qiyməti ilə Ajaxa gedirdi. Anası onun bu transfer xəbərini qəzetdə gördü. İsveçcəsi yaxşı olmadığı üçün anlamadı nə yazıldığını. Qəzeti alıb qaçaraq evə gəldi, “Nə etdin sən. Niyə qəzetlərdə şəkilin var? “Dedi. Zlatan isə, “Ajaxa transfer oldum. Hollandiyanın ən böyük futbol komandası. “Cavabını verdi və qazandığı, qazanacağı, qazanacaqları puldan bəhs etdi. O ana qədər anasına artıq işləməməsi gərəktiyini, özünün ona baxacağını söyləyir ancaq razı sala bilmirdi. Malmö tərəfdarlarının “Superzlatan”ı Ajaxa atdığı imzadan sonra böyük ulduza çevrilirdi.

Ajaxtan sonra nələr etdiklərinə dair məlumatları tapmaq çətin deyil; İtaliya, İspaniya, Fransa.Ümumilikdə 5 ölkədə  qazanılan 11 liq çempionluğu! Qısaca; getdiyi hər komandada çempion oldu. Bu il İngiltərənin ən nəhəng komandalarından biri olan Mançestr Yunaytidə transfer oldu.

baba-azeuro-1Bayırda Zlatan evdə ata

Özü problemli bir uşaqlıq yaşasa da,əlindəki imkanlar sayəsində uşaqlarına yaxşı bir həyat və ağzına qədər dolu bir soyuducu təqdim etməyə çalışır. 2005-ci ildə Juventus forması geyərkən yoldaşı Helena ilə tanış olur və ailə qururlar.